Bakı. Trend:
“Capgemini” konsaltinq şirkətinin yeni hesabatına görə, İsveçqlobal dollar milyonçuları siyahısında yerini itirməkdə davamedir.
Trend xəbər verir ki, 2024-cüildə onların sayı təxminən 3 faiz azalaraq 149,5 min nəfər təşkiledib.
Artıq ikinci ildir ki, varlı isveçlilərin sayı azalır. Bumilyonçuların ümumi sərvəti 0,6 faiz azalaraq 372 milyard dollarolub.
Dollar milyonçularının sayının azalmasının səbəbləri zəifiqtisadi artım, faiz bazarında qeyri-müəyyənlik və alıcılıqqabiliyyətini zəiflədən, kapital artımını yavaşladan mənzilqiymətlərinin artması olub.
Qonşu Norveç isə bu sahədə inamlı artım nümayiş etdirir. Təkcə2024-cü ildə orada 5 min nəfər yeni dollar milyonçusu peydaolub.
Qlobal artım tendensiyası pandemiyanın yaratdığı tənəzzüldənsonra davam edir. Hesabata görə, 2024-cü ildə dünyada 23,4 milyonnəfər milyonçu olacaq, onların ümumi sərvəti 2023-cü ildən 2,6 faizartaraq 90 trilyon dolları keçəcək.
ABŞ dollar milyonçularının sayına görə dünya lideri olaraqqalır; bu ölkədə keçən illə müqayisədə göstərici yarım milyon nəfərartaraq 7,9 milyona çatıb.
Asiyada 5,6 faiz artımla Hindistan və Yaponiya liderlik edir vəmüvafiq olaraq 20 min və 210 min yeni milyonçu meydana çıxıb. Çindəisə əksinə, 1 faiz azalma qeydə alınıb.
Eyni zamanda, neftin qiymətinin düşməsi Yaxın Şərqdəmilyonçuların sayının 2 faizdən çox azalmasına səbəb olub. LatınAmerikasında valyuta qeyri-sabitliyi və iqtisadi problemlər 8,5faiz azalmaya səbəb olub.