EN

İzmirdə güclü yanğın: xəstəxanadakılar təxliyə edildi

Türkiyənin İzmir vilayətinin Konak rayonunda polietilen məmulatları istehsal edən zavodda yanğın olub..

Publika.az xəbər verir ki, hadisə zavodun həyətindəki transformatorda qeydə alınıb.

Qısa müddətdə genişlənən alov əvvəlcə zavodun binasına, daha sonra isə yaxınlıqdakı xəstəxanaya yayılıb.

Əraziyə çox sayda yanğınsöndürən, təcili tibbi yardım və polis qüvvələri cəlb olunub. Alovun yayıldığı xəstəxanada təxliyə prosesi icra olunub.

Chosen
10
8
publika.az

9Sources