EN

Yeni Zelandiya komandasının bəzi oyunçuları qeyri adi səbəbə görə dünya çempionatına gəlməyiblər

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Yeni Zelandiyanın "Oklend Siti" klubunun baş məşqçisi Pol Poza bəzi futbolçuların işdə onlara məzuniyyət verilmədiyi üçün FIFA klublararası dünya çempionatı üçün ABŞ-yə gəlmədiyini bildirib.

Oxu.Az bu barədə "The Straits Times" nəşrinə istinadla xəbər verir.

"Bütün oyunçuların futboldan kənar işləri var. Onlar məzuniyyət götürməli oldular. Bəziləri həm Asiya Çempionlar Liqasında, həm də klublararası dünya çempionatında iştirak etməyə vaxt tapa bilmədilər" , - deyə o vurğulayıb.

Qeyd edək ki, "Oklend Siti" qrup mərhələsində Almaniyanın "Bavariya", Portuqaliyanın "Benfika" və Argentinanın "Boka Xuniors" klubları bir qrupda yer alıb.

Klub ilk oyunda "Bavariyaya 0:10 hesabı ilə məğlub olub.

Xatırladaq ki, klublararası dünya çempionatı iyunun 14-dən iyulun 13-dək ABŞ-də keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
32
oxu.az

1Sources