Dogru.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Tatarıstanın Yelabuqa bölgəsində dron hücumundan sonra 6 nəfər xəstəxanalarda qalır.
Bu barədə Rusiya Səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov məlumat verib.
“Hazırda xəstəxanalarda altı qurban var, onlardan üçü uşaqdır… On nəfərə ambulator şəraitdə lazımi tibbi yardım göstərilib”, – TASS onun sözlərindən sitat gətirir.
Kuznetsovun sözlərinə görə, zərərçəkənlərdən birinin vəziyyəti ağır qiymətləndirilir. Digər xəstələrin vəziyyəti orta ağır qiymətləndirilir.
Daha əvvəl məlum olmuşdu ki, Tatarıstanın Yelabuqa bölgəsində PUA-nın hücumu nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.
DOĞRU.AZ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.