Footbal-plus saytından verilən məlumata görə, ain.az xəbər verir.
Ölkəmizi Konfrans Liqasının 2025/26 mövsümündə təmsil edəcək "Araz-Naxçıvan" yeni "futbol ili" üçün hazırlığın ilk mərhələsinə start verib. Oyunçular dünən bu məqsədlə tibbi müayinədən keçib.Muxtar Respublika təmsilçisinin mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov "Football-plus.az"a açıqlamasında prosesin bu gün də davam edəcəyini söyləyib:
"Bəli, futbolçular dünən tibbi müayinədən keçdi. Yoxlamalar bu gün də olacaq. Hələ ki legionerlər bizimlə deyil. Yalnız yerli futbolçular istirahətdən qayıdıb. Əcnəbi oyunçular iyunun 22-25-i aralığında komandaya qoşulacaq. Məşqlər isə sabah başlayacaq".
Xatırladaq ki, "qırmızı-ağlar"ın Konfrans Liqasındakı rəqibləri iyunun 18-də müəyyənləşəcək. Naxçıvanlılar yarışa 2-ci təsnifat mərhələsindən qoşulacaq.KƏNAN BAHADIR
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.