EN

Flik Yamal və başqaları haqda danışdı

Hans-Diter Flik başa çatan mövsümdə “Barselona” azarkeşlərinə çoxlu sevincli an yaşatdı.

"Football-plus.az" xəbər verir ki, Kataloniya nəhəngi onun rəhbərliyi altında çempion oldu, eləcə də İspaniya kubokunu və Superkubokunu qazandı. Bütün bunların nəticəsi kimi onun müqavilə müddəti 2027-ci ilə qədər uzadıldı. Almaniyalı mütəxəssis komandanın son mövsümdəki çıxışı ilə bağlı danışıb.

Mövsüm...
Xoşbəxt ola bilərik. Bu fantastik oyunçularla çalışmaq çox xoşdu. Enində-sonunda “Barselona”da həmişə belədi – titullar qazanmaq lazımdı.
“Barselona” azarkeşlərinin sevinci...

Qələbə paradı zamanı çoxlu ağlayan adam gördüm, ona görə ki, onlar bu mövsüm gördüyümüz işlərdən razı qalmışdılar, çox xoşbəxt idilər. Bu işdə mənim üçün ən vacib olan məhz budu. Elə edə biləri ki, azarkeşlər, oyunçular özünü xoşbəxt hiss etsin. İndi mənim üzərimə yeni məsuliyyət düşür: yeni mövsümdə də yorulmadan çalışmaq, yeni hədəflərə çatmaq lazımdı. Hiss edirəm ki, buna məcburam. Bu mənim işimdi, öhdəsindən gəlməliyəm.

Çətinlikləri adlamaq bacarığı...
Noyabr və dekabr bizim üçün çətin oldu. Ancaq sakitliyi qoruduq, gördüyümüz işin doğruluğuna inandıq. Çətin məqam olsa da, son nəticədə doğru yolumuza davam etdik. Komandaya dedim ki, belə oynamaqla yenidən qələbə qazanmağa başlayacağıq.

“Barselona”da sanki hədsiz neqativ düşünürlər. Məsələn, elə oyunlar olub ki, çox yaxşı oynasaq da, uduzmuşuq. Belədə mən hər kəsdən sakitliyi qorumağı, komandaya inanmağı xahiş edirəm. Bax, onda nələrin baş verdiyini görürük. Düşünürəm ki, bu çox vacib məqamdı – hər şeyə, oyunçulara, ailəyə inanmaq. Həmişə belə olmalıdı.

Komandanın mentallığı...
Futbolçuların keyfiyyəti var, onlar acdı, yaxşı münasibət qururlar, yaxşı mentallığa malikdilər, hər birinin böyük potensialının olduğunu görə bilərsiz. Bunun üzərində çox çalışmışıq. Məşqdə nələrin yaşandığını görmək mənim üçün xoşdu. Məşqlərin axarı mənim üçün vacibdi. Futbolçuların əhval-ruhiyyəsi yerindədisə, çalışmaq onların xoşuna gəlirsə, bu yaxşı əlamətdi. Biz, sadəcə, hər kün mükəmməlləşməyə çalışırıq.

Rafinya, Yamal, Pedri...
Rafinyaya əminlik lazımdı. Onun oyunçu keygiyyəti ilə yanaşı, böyük ürəyi və mentallığı da var. Bundan başqa, həmişə bizə müdafiə xəttində yardım edir.

Lamin Yamal dahidi. Ancaq düşünürəm ki, ona yardım etməliyik. Ona görə ki, gəncdi. İndi hər şey asan görünsə də, heç də belə deyil. Sən növbəti 15 il ərzində də bu səviyyədə oynamaq istəyirsənsə, çox məşq etməli və işləməlisən. Hər mənada, eləcə də psixoloji baxımdan yüksək səviyyədə olmalısan.
Pedrinin oyununu izləmək fantastikadı. Onunla oyun daha yaxşı gedir. O, qarşıdakı illərdə komandanın liderlərindən biri ola bilər. Pedriyə bu yolda yardım edəcəm. Çünki o, fantastik oyunçudu, düşünürəm ki, əsl lider də ola bilər.

Hər kəsin əməyi...
Mənim edə biləcəyim maksimum can qoymaqdı. Ancaq mən tək deyiləm. Çoxlu məşqçilər, terapevtlər, həkimlər, analitiklər var... Buz əla ekspertlərdən ibarət qrupuq, oyunçuların mükəmməlləşməsinə yardım edirik. Fiziki hazırlıq üzrə məşqçinin, başqa yaxşı mütəxəssislərin “Barsa”da olması vacibdi, burda tam fərqli fəlsəfə var. “Barsa”nın oyunçularının müəyyən oyun fəlsəfəsinə yiyələnməsində Dekunun əməyi böyükdü, Xulio Tous fiziki hazırlıq üzrə ən yüksək səviyyəli mütəxəssislərdəndi. Xerman, Pepe və Rafa da möhtəşəm işlər görürlər.

Çempionlar Liqası...
Komandanın mükəmməlləşməyə davam etdiyini görəndə sevinirəm. Biz ona görə burdayıq ki, hər futbolçuya bu qeyri-adi klub üçün ən yaxşı versiyasını göstərməyə yardım edək. Çox çalışırıq, ən yüksək səviyyəyə can atırıq, bu isə Çempionlar Liqasını qazanmaqdı. Bu titulu qazanmaq istəyirik. Bunun hədsiz çətin olduğunu bilirəm, ancaq inadla çalışmaqdan başqa yolumuz yoxdu. Meydanda necə böyük komanda olduğumuzu göstərməliyik. Futbolçulardan görmək istədiyim yalnız budu.

Chosen
24
1
football-plus.az

2Sources