EN

Senatorlar ABŞ-nin İrana qarşı əməliyyatlarda iştirakına qarşıdırlar

BAKI. 16 iyun. TELEQRAF

Senatorlar Adam Şiff və Rend Pol ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarda iştirakına qarşı çıxıblar.

Teleqraf xəbər verir ki, "NBC News"a verdiyi müsahibədə hər iki senator bildirib ki, ABŞ İranla hərbi münaqişəyə girməkdən ehtiyatlı olmalıdır.

"İsrail regionda İran rejiminə dəstəyinin zəifləməsindən zəifləməsindən istifadə edərəkhücum üçün "əlverişli məqam" tapdı. Mən ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarda iştirak edəcəyinə dair məlumata sahib deyiləm.Lakin mən ölkəmin bu əməliyyatlarda iştirakının tərəfdarı deyiləm.Mən hesab edirəm ki, Birləşmiş Ştatlar İraq və Əfqanıstandakı müharibələrdən sonra başqa bir müharibəyə qarışmaqda çox ehtiyatlı olmalıdır", - Şiff deyib.

Öz növbəsində senator Pol müharibəni oyun hesab etmədiyini və yüz minlərlə insanın ölə biləcəyini bildirib.

O, “İran rejiminin əhali arasında son dərəcə qeyri-populyar olmasına baxmayaraq” müharibənin iranlıları millətçiliyə sövq edib-etməyəcəyi sualını qaldırıb: "Düşünürəm ki, bu vəziyyətdən çıxmaq və danışıqlar yolu ilə həllə nail olmaq çox çətin olacaq. Mən ancaq daha çox müharibə və qan tökülməsini görürəm və bu müharibədə iştirak etmək ABŞ-ın işi deyil”.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp İran və İsrail arasında hərbi münaqişəyə ABŞ-nin müdaxiləsi ehtimalını istisna etməyib

Chosen
15
teleqraf.com

1Sources