EN

"Sepah"ın kəşfiyyat rəisi İsrailin hücumu zamanı həlak olub

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") kəşfiyyat rəisi, briqada generalı Məhəmməd Kazımi İsrailin hava hücumu nəticəsində həyatını itirib.

Far.Az xəbər verir ki, bu barədə "Sepah News" nəşri məlumat yayıb.

Bildirilib ki, hücum zamanı yaşayış məntəqələri hədəfə alınıb və nəticədə "Sepah"ın yüksək rütbəli üç kəşfiyyat komandiri – Məhəmməd Kazımi, Həsən Mühəqqiq və Möhsün Baqiri həlak olub.

Nekroloqda qeyd olunub ki, onlar şəhidlik zirvəsinə ucalıblar.

Chosen
33
far.az

1Sources