EN

"Araz-Naxçıvan" hazırlıq prosesinə yerli futbolçularla başladı - legionerlər hardadı?

Ölkəmizi Konfrans Liqasının 2025/26 mövsümündə təmsil edəcək "Araz-Naxçıvan" yeni "futbol ili" üçün hazırlığın ilk mərhələsinə start verib. Oyunçular dünən bu məqsədlə tibbi müayinədən keçib.

Muxtar Respublika təmsilçisinin mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov "Football-plus.az"a açıqlamasında prosesin bu gün də davam edəcəyini söyləyib:
"Bəli, futbolçular dünən tibbi müayinədən keçdi. Yoxlamalar bu gün də olacaq. Hələ ki legionerlər bizimlə deyil. Yalnız yerli futbolçular istirahətdən qayıdıb. Əcnəbi oyunçular iyunun 22-25-i aralığında komandaya qoşulacaq. Məşqlər isə sabah başlayacaq".

Xatırladaq ki, "qırmızı-ağlar"ın Konfrans Liqasındakı rəqibləri iyunun 18-də müəyyənləşəcək. Naxçıvanlılar yarışa 2-ci təsnifat mərhələsindən qoşulacaq.

KƏNAN BAHADIR
Chosen
34
1
football-plus.az

2Sources