EN

"Yuventus"un baş məşqçisi həyacanlıdır

"Yuventus"un baş məşqçisi İqor Tudor hazırda keçirilən klublararası dünya çempionatındakı iştirakları barədə fikirlərini bölüşüb. 

“İki sahil” xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında bildirib: "Həyəcan var, çünki biz bu turnirdə ilk dəfə iştirak edirik. "Yuventus" həmişə qələbəyə can atır. Biz də buna çalışırıq, amma eyni zamanda təvazökarlığımızı da qoruyuruq. Bilirik ki, klublararası dünya çempionatında ən güclü komandalar iştirak edir, lakin biz bura yalnız iştirak üçün gəlməmişik. İndi ABŞ-dakı hava şəraitinə və vaxt fərqinə sürətli uyğunlaşmalıyıq, çünki oyuna cəmi bir neçə gün qalıb".

Xatırladaq ki, 2025-ci il klublararası dünya çempionatı ABŞ-da 14 iyun – 13 iyul tarixlərində keçirilir. Turnirdə 32 komanda iştirak edir və onlar 8 qrupa bölünüb. "Yuventus" G qrupunda "Mançester Siti", "Vidad" və "Əl-Ayn" komandaları ilə qarşılaşacaq. Turin təmsilçisi turnirdəki ilk oyununu iyunun 19-da Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Ayn" klubuna qarşı keçirəcək.

Chosen
16
2
ikisahil.az

3Sources