EN

İsrail İran XİN-in binasını vurdu - Yaralılar var

İsrail İran Xarici İşlər Nazirliyinin binalarından birinə hücum edib, nəticədə bir neçə mülki şəxs, o cümlədən diplomatlar xəsarət alıb.

"Unikal" xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Səid Xətibzadə bildirib.

Onun sözlərinə görə, şöbənin binası Tehrandakı Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutu ilə üzbəüz yerləşir.

Xətibzadə vurğulayıb ki, hücum zamanı yaralananlar tibb müəssisəsinə aparılıb.

Chosen
52
28
unikal.az

10Sources