EN

İranın İsrailə raket hücumunda 5 ukraynalıÖLDÜ

İran Silahlı Qüvvələrinin İsrailə raket hücumu nəticəsində beş ukraynalı, o cümlədən üç uşaq ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə Azadlıq Radiosunun Ukrayna xidmətinə ölkənin Xarici İşlər Nazirliyindən bildirilib.

“Ukraynanın İsraildəki səfirliyinin ilkin məlumatına görə, iyunun 14-də İranın İsrailə qarşı kütləvi raket hücumu və Bat-Yam şəhərində yaşayış evinə raketin düşməsi sonucunda beş Ukrayna vətəndaşı, o cümlədən üç yetkinlik yaşına çatmamış uşaq həlak olub”, – Ukraynanın xarici siyasət idarəsindən məlumat verilib.

Qeyd olunub ki, ölənlərin kimliyi müəyyənləşdirilir: “Ukraynalı diplomatlar və konsullar həlak olanların kimliklərinin müəyyənləşdirilməsi və meyitlərin repatriasiyası prosedurunu təşkil etmək üçün İsrail polisi və digər xidmətlərlə sıx əlaqədədirlər”.

Chosen
67
3
redaktor.az

10Sources