Mingəçevir şəhərində betonqarışdıran və minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.
“İki sahil” “Report”a istinadla xəbər verir ki, şəhərdə avtomobilin betonqarışdıran maşınla toqquşması nəticəsində bir nəfər ölüb, daha 2 nəfər isə yaralanaraq Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb. Zərərçəkmişlərin kimlikləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.