İsral Hərbi Hava Qüvvələri Tehrandakı "yer-hava" tipli raket buraxılış qurğularına zərbələri endirib.
Publika.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinə məxsus "Telegram" kanalı hücum anının videogörüntülərini yayıb.
Qeyd edilib ki, Kəşfiyyat İdarəsinin göstərişi ilə Tehranda "yer-hava" raket istehsalı sahələri, aşkarlama radarları və yerdən havaya raket buraxılış qurğuları vurulub və məhv edilib.
Tehranda yer-hava tipli raket buraxılış qurğusuna endirilən zərbənin görüntülərini təqdim edirik: