Bakı. Trend:
Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U17 Avropaçempionatı sona çatıb.
Trend xəbər verir ki, bu günsərbəst güləş üzrə 45, 51, 60, 71 və 92 kq-da qaliblərmüəyyənləşib.
Ömər Usubov (45 kq) bürünc medal görüşündə ermənistanlı ArenPiruzyana 2:12 hesabıyla məğlub olaraq, 5-ci yerləkifayətlənib.
Ramal Mirhüseynov (51 kq) təsəlliverici görüşdə türkiyəli BuğraKavakı çətinliklə də olsa, üstələməyi bacarıb – 2:1. Həmyerlimizbürünc medal uğrunda qarşılaşmada isə ermənistanlı Vahan Azaryanagücünü göstərib – 10:6.
Həsən Həsənov (60 kq) finalda ukraynalı Zorab Aloyevlə gərginkeçən mübarizədə minimal fərqlə (4:5) uduzub və gümüş medalıboynundan asıb.
Səid Paşayev (92 kq) isə həlledici görüşdə rusiyalı AbdurazakŞabanovla üz-üzə gəlib. Nəfəskəsən mübarizədən 6:5 hesablıqələbəylə ayrılan Paşayev növbəti dəfə Avropa çempionu olub.Maraqlıdır ki, ötən il yunan-Roma güləşində qitənin ən güclüsüünvanına sahib çıxan Səid bu dəfə eyni uğura sərbəst güləşdə imzaatıb.
Beləliklə, millimiz Avropa çempionatını 3 qızıl, 1 gümüş və 2bürünc medalla başa vurub. Xatırladaq ki, ötən gün Rəvan Həsənzadə(48 kq) və Ruslan Əlizadə (55 kq) çempion olub, Hakim Tağıyev (110kq) isə üçüncü yeri tutub.