EN

Gəncədə orta yaşlı kişi odlu silahla qətlə yetirilib - YENİLƏNİB

Gəncədə güllələnərək qətlə yetirilən şəxsin adı məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə qətlə yetirilən şəxs Bakı şəhər sakini 1983-cü il təvəllüdlü V. Əhmədovdur.

***

22:26

Gəncədə güllələnmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, orta yaşlı kişi güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Chosen
33
2
apa.az

6Sources