EN

Şakira ABŞ-yə nə üçün köçdüyündən danışıb

Şakira ABŞ-yə nə üçün köçdüyündən danışıbKolumbiyalı müğənni Şakira ABŞ-yə köçməsi və bu ölkədə mühacir kimi yaşaması təcrübəsindən danışıb.

Bu barədə Oxu.Az BBC telekanalına istinadla xəbər verir.

Şakira ABŞ-də mühacirlərin daim qorxu içində yaşadıqlarını bildirib. Müğənni ABŞ-yə gələn insanlara ədalət və azadlıq prinsipləri əsasında rəftar ediləcəyinə ümid etdiyini söyləyib. O qeyd edib ki, müasir dövlətlərin çoxu immiqrantların zəhməti sayəsində qurulub.

Müğənni ingilis dilində mahnı oxumaq məqsədilə 19 yaşında ABŞ-yə gəldiyini deyib. O, həmin vaxt ingilis dilini bilmədiyini etiraf edib.

Şakira, həmçinin bildirib ki, mühacirlər humanist münasibətə nail olmaq üçün birləşməlidirlər. O hesab edir ki, Ağ Evin immiqrasiya siyasətini dəyişmək hüququ var, lakin bu zaman əcnəbilərlə ləyaqətlə davranılmalıdır.

Chosen
15
3
sonxeber.az

4Sources