EN

“Bavariya” klublararası dünya çempionatına darmadağınla başlayıb

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 15 iyun, AZƏRTAC

Almaniyanın “Bavariya” komandası ABŞ-da keçirilən klublararası dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, C qrupunda yer alan Münhen təmsilçisi ilk turda Yeni Zelandiyanın “Oklend Siti” kollektivi ilə qarşılaşıb. Görüş Almaniya çempionunun 10:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Bavariya”nın heyətində qolları Camal Musiala (3), Kinqsli Kuman (2), Maykl Olise (2), Tomas Müller (2) və Saşa Boe vurublar.

Qeyd edək ki, bu qrupun digər oyunu iyunun 17-də “Benfika” (Portuqaliya) ilə “Boka Xuniors” (Argentina) arasında olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
22
5
azertag.az

6Sources