EN

Əczaçı xəstəyə dərman tövsiyə edə bilərmi?

Səhhətimizdə narahatlıq yarandıqda ağrılardan daha tez qurtulmaq üçün bəzən həkimə yox, aptekə müraciət edirik.

Bəzi aptek işçiləri, əczaçılar hiss olunan simptomlara uyğun müxtəlif dərman preparatlarından istifadəni tövsiyə edirlər.

Ancaq bu isə düzgün deyil.

Bizim.Media-nın məlumatına görə, həkim Rasif Bağırov "hit.az"a deyib ki, əczaçının xəstəyə müalicə üçün dərman yazmağa ixtiyarı yoxdur:

"Xəstə müayinə edilmədən, diaqnoz qoymaq üçünsə xəstənin və xəstəliyin simptomlarını bilmək vacibdir. Əczaçı dərman təchizatı və satışı ilə məşğul olan adamdır. Ona ancaq əczaçılıq sənayesi və əczaçılıq məsələsi ilə bağlı sertifikat verilə bilər. Müalicə işi ilə bağlı heç kim sertifikat verə bilməz".

Bizim.Media

Chosen
11
6
bizim.media

8Sources