EN

İranın raketləri İsrailin “Dəmir Qübbə”sini niyə yarır – hava müdafiəsi çöküb, mülki şəhərlər hədəfdə

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, İranın son günlərdə İsrailə qarşı həyata keçirdiyi yeni mərhələli raket hücumları, Tel-Əvivin uzun illər “toxunulmazlıq qalası” hesab etdiyi hava hücumundan müdafiə sistemlərinin çatışmazlıqlarını üzə çıxarıb. “The Telegraph” qəzetinin müxbiri Joe Barnesin yazdığına görə, İranın son dalğa raket atışları İsrailin Iron Dome (Dəmir Qübbə) sisteminin zəif nöqtələrini göstərdi. Şəhərlərdə qeydə alınan dağıntılar, ölüm və yaralılar Iron Dome-un “hermetik” olmadığını təsdiqləyir.

June

İran bir neçə gün ərzində yüzlərlə ballistik və qısa mənzilli raketlər buraxaraq, Tel-Əviv, Bat-Yam, Hayfa və digər şəhərləri hədəf aldı. Əksəriyyəti intercept (qəbul) edilsə də, onlarla raket hava müdafiə sistemini yararaq yaşayış məntəqələrinə düşdü. Xüsusilə Hayfada qeydə alınan dağıntılar və ölüm halları, İsrail cəmiyyətində ciddi təşviş doğurdu.

İsrail Müdafiə Qüvvələrinin (IDF) rəsmi açıqlamasında deyilir ki, hava hücumundan müdafiə sistemləri – Iron Dome, David’s Sling və Arrow 3 – təxminən 90%-lik "interception" göstəricisinə malikdir. Lakin son hücumlar zamanı bu göstəricinin bəzən 75-80%-ə qədər düşdüyü qeydə alınıb. Bu isə bəzi şəhərlərin və mülki infrastrukturların qorunmasız qaldığını göstərir.

Dəmir

“Dəmir Qübbə” sarsıldı: Müdafiə sistemləri niyə zəiflədi?

“The Telegraph” qeyd edir ki, İranın raket dalğası eyni anda çoxsaylı hədəflərə yönəlmiş, fərqli tipli raketlərdən istifadə edilib. Bu, sistemin yüklənməsinə və prioritet seçim etməkdə çətinlik çəkməsinə səbəb olub. İsrail ordusu rəsmən etiraf edir:

“Müdafiə sistemlərimiz tamamilə "hava" keçirməz deyil. Yüz faiz mühafizə mümkün deyil”.

Israel,

Bir israilli mütəxəssis isə “bu, sanki partlayıcılarla dolu bir avtobusun şəhərə düşməsi kimidir” – deyə hücumun təsirini təsvir edib.

Hücumlar nəticəsində:

• 10-dan çox insan həyatını itirib, o cümlədən qadın və uşaqlar.
• 200-dən çox yaralı xəstəxanalarda müalicə alır.
• Bat-Yam və Hayfada çoxmərtəbəli binalar dağılıb, yollar və avtomobillər yanıb.
• Müharibə şəraiti yalnız cəbhədə deyil, artıq İsrailin şəhərlərinin içində də hiss edilir.

Iran

Bu dəfə İran:

• Əvvəlkilərdən fərqli olaraq ballistik raketlərlə yanaşı, dron hücumları və “saturasiya taktikası” ilə eyni vaxtda çoxsaylı istiqamətdən zərbə endirdi.
• Hədəflərin içində hərbi obyektlərlə yanaşı, mülki yaşayış binaları və enerji infrastrukturuna yaxın ərazilər də yer aldı.

Bu taktika, hava müdafiəsini yanıltmaq, mövcud imkanları sıradan çıxarmaq üçün istifadə olunur və nəticə verib: sistemlər tıxanıb və bəzi raketlər keçə bilib.

Beynəlxalq müşahidəçilər bu hücumların yalnız İran və İsrail arasında deyil, bütövlükdə Yaxın Şərqdə münaqişənin yeni mərhələyə keçdiyinin göstəricisi olduğunu bildirirlər. ABŞ-ın dəstəyi ilə qurulmuş və illərlə mükəmməl hesab olunan “Dəmir Qübbə”nin belə sarsılması, regiondakı bütün aktorların hərbi balansını yenidən qiymətləndirməsinə səbəb ola bilər.

Israel-Iran

Eyni zamanda, bu vəziyyət İsrail cəmiyyətində də ciddi ictimai və siyasi təzyiqlərə yol açır. Müdafiə Nazirliyi sistemlərin yenilənməsi və mülki sığınacaqların artırılması üçün əlavə büdcə istəyib.

İranın raket zərbələri İsrailin hava müdafiə sisteminin “toxunulmazlıq mifini” zədələdi. Hərbi və siyasi baxımdan bu, İsrail üçün həm reputasiya zərbəsi, həm də təhlükəsizlik təhdidi deməkdir. Bu arada Tehran raketlərinin təsiri regiondakı bütün qüvvələri yeni mövqe axtarışına məcbur edir.

R. Abbasov, Musavat.com üçün xüsusi analiz

Chosen
77
1
musavat.com

10Sources