ABŞ prezidenti Donald Trampın administrasiyası daha 36 ölkənin vətəndaşlarının ABŞ-a girişini qadağan edə və ya məhdudlaşdıra bilər.Metbuat.az xəbər verir ki, bu məlumatı “The Washington Post” (WP) Dövlət Departamentinin daxili sənədlərinə istinadən yayıb. Nəşrin məlumatına görə, yeni məhdudiyyətlər 25 Afrika ölkəsini, o cümlədən Misir və Cibuti, Mərkəzi Asiya və Karib hövzəsi regionunu əhatə edə bilər. Onların sakinləri ABŞ vizası almaq qadağası ilə üzləşəcək və digər məhdudiyyətlər də tətbiq oluna bilər.