İyunun 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Â
Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, yarımadanın bəzi yerlərində qısamüddətli yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Â
Havanın temperaturu gecə 19-21°, gündüz 23-26° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət 65-75% təşkil edəcək.
Â
Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Â
GecÉ™ vÉ™ sÉ™hÉ™r bÉ™zi daÄŸlıq É™razilÉ™rdÉ™ arabir duman. Mülayim qÉ™rb külÉ™yi ayrı-ayrı yerlÉ™rdÉ™ arabir güclÉ™nÉ™cÉ™k.Â
Â
Havanın temperaturu gecə 15-20°, gündüz 23-28°, dağlarda gecə 6-10°, gündüz 10-15° isti olacaq.