EN

KİV: ABŞ dronlarla mübarizə vasitələrini Ukraynadan Yaxın Şərqə köçürdü

BAKI, 15 iyun. TELEQRAF

Pentaqon ABŞ Konqresinə Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün ayrılmış pilotsuz uçuş aparatları ilə mübarizə texnologiyalarının Yaxın Şərqdəki ABŞ hərbi bölmələrinə köçürüldüyü barədə hesabat verib.

Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, bu addım Trampın prezidentliyi dövründə ABŞ-nin müdafiə prioritetlərinin dəyişməsini əks etdirir.

“National Interest” jurnalı qeyd edib ki, bu texnologiyalar Ukrayna üçün faydalı olsa da, ABŞ-nin dünyanın digər bölgələrində, xüsusilə də Yaxın Şərqdə birbaşa maraqları var.

Chosen
21
teleqraf.com

1Sources