EN

Neytrallıq siyasəti: İraq regional alovdan özünü qorumağa çalışır

BAKI, TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında son 24 saat ərzində ikinci telefon danışığı baş tutub.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat verib.

Məlumata görə, söhbət zamanı İsrail-İran münaqişəsi müzakirə olunub.

Ərdoğan, Trampın bu münaqişənin dayandırılması və bölgədə sülhün təmin olunması ilə bağlı verdiyi son açıqlamalardan məmnun olduğunu bildirib.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Chosen
19
turkic.world

1Sources