Tramp İsrailin İranın ali dini lideri Xamneyini öldürmək planına “veto qoyub”.
Paralel.az xəbər verir ki, bunu Reuters iki ABŞ rəsmisinə istinadən bildirir.
Mənbələrdən biri, ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi deyib: "İranlılar tək bir amerikalını öldürüblər? Xeyr. Onlar bunu edənə qədər biz siyasi rəhbərliyin arxasınca getmək barədə danışmayacağıq".
İsrailli mənbə The Wall Street Journal-a bildirib ki, İranın ali lideri Xamneyinin öldürülməsi ehtimalı "söhbətdən kənar deyil". Mənbənin sözlərinə görə, İsrail Ali Rəhbər də daxil olmaqla İranın nüvə proqramına zərər verə biləcək hər hansı hədəfi istisna etmir.