Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova rusiyalı sənətçilərin İrandan təxliyə edilməsində çevik və koordinasiyalı fəaliyyətinə görə Azərbaycan hakimiyyətinə minnətdarlığını bildirib.
"Report" xəbər verir ki, bu barədə o, teleqram kanalında bildirib.
O qeyd edib ki, P.İ.Çaykovski adına Böyük Simfonik Orkestrin bütün musiqiçiləri İrandan təxliyə olunub.
"Bu gün Pyotr İliç Çaykovski adına Böyük Simfonik Orkestrin musiqiçiləri Azərbaycan sərhədini keçdilər. Dünən İranı eyni marşrutla Fyodor Bondarçukun çəkiliş qrupu tərk etdi. Hamı sağ və salamatdır!" - nazir yazıb.