EN

Yaponlar niyə uzunömürlü olurlar?


Yaponiya dünyada ən uzunömürlü əhali sırasına malik ölkələrdən biri olaraq tanınır və bu fakt müxtəlif beynəlxalq elmi mərkəzlərin apardığı tədqiqatlarla da təsdiqlənib.
Yeniavaz.com
xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Yaponiyada orta ömür uzunluğu kişilər üçün 81, qadınlar üçün isə 87 yaşı ötür.
Harvard Universiteti və Tokio Universitetinin birgə apardığı araşdırmalar bu fenomenin arxasında bir sıra mühüm amillərin dayandığını ortaya qoyur.
Ən vacib səbəblərdən biri yaponların sağlam və balanslı qidalanma vərdişidir. Rasionlarında təzə tərəvəzlər, dəniz məhsulları, fermentləşdirilmiş qidalar (miso, natto), yaşıl çay və az miqdarda qırmızı ət üstünlük təşkil edir. Bu cür pəhriz ürək-damar xəstəlikləri və piylənmə riskini xeyli azaldır. Bundan başqa, yaponlar porsiya ölçülərinə ciddi diqqət yetirirlər və “hara hachi bu” – yəni "qarının 80 faizi doyana qədər ye" prinsipi geniş yayılıb.
Yaponiyada tibbi xidmətlərə çıxış yüksək səviyyədədir və profilaktik müayinələr dövlət tərəfindən təşviq edilir. Bu isə xəstəliklərin erkən mərhələdə aşkarlanmasına və vaxtında müdaxilə edilməsinə imkan yaradır. Sosial sistem də yaşlı əhalinin aktiv həyat tərzi keçirməsinə şərait yaradır – yaponlar təqaüd yaşına çatdıqdan sonra da ictimai həyatda iştirak edir, könüllü fəaliyyətlə məşğul olurlar, bu isə onların psixoloji rifahını gücləndirir.
Fiziki aktivlik də yaponların gündəlik həyatının ayrılmaz hissəsidir. Əhali əsasən piyada hərəkət edir, velosiped və ictimai nəqliyyatdan istifadə edir. Yapon şəhərlərində infrastruktur piyadaların rahat hərəkəti üçün qurulub.
Chosen
17
1
yeniavaz.com

2Sources