EN

İsrail ordusu uzaq məsafədən aeroportakı TƏYYARƏNİ VURDU

İsrail Hərbi Hava Qüvvələri bütün İran ərazisində hava üstünlüyünə nail olmaq üçün çalışır.

Publika.az xəbər verir ki, bu barədə "Yediot News" məlumat yayıb.

Bildirilib ki, Hərbi Hava Qüvvələri təxminən 2300 kilometr məsafədə İranın şərqindəki Məşhəd hava limanında anacaq daşıyan İran təyyarəsinə hücum edib.

Qeyd edilib ki, bu nöqtə İsraildən 2300 km məsafədə yerləşir və münaqişə başlayandan bəri vurulan ən uzaq məsafəli hədəf sayılır.

İran kanalları isə Məşhəd şəhərinin hava limanında ən azı 5 partlayışın və İranın şərqindəki şəhərdə intensiv hücumların olduğunu bildirir.

Chosen
17
publika.az

1Sources