EN

Göygöldə gənci “tok” vurdu

Göygöl sakini bədbəxt hadisə nəticəsində xəstəxanalıq olub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Qızılca kəndinin sakinini elektrik cərəyanı vurub.

Belə ki, 2004-cü il təvəllüdlü Nemət Orucov “tok” vurduqdan sonra müxtəlif dərəcəli xəsarətlərlə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisənin hansı şəraitdə baş verməsi müəyyənləşdirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Chosen
17
bizim.media

1Sources