EN

"ABŞ İran-İsrail münaqişəsinə müdaxilə edə bilər"

"ABŞ İsrail və İran arasında münaqişəyə müdaxilə edə bilər".

Publika.az xəbər verir ki, bunu "ABC News"a şərhində ABŞ lideri Donald Tramp deyib.

“Biz İsrail və İran arasında davam edən münaqişəyə müdaxilə edə bilərik”, - deyə o, Vaşinqtonun hazırda münaqişəyə qarışmadığını vurğulayıb.

Tramp bunun hansı ssenari üzrə baş verə biləcəyini açıqlamayıb.

ABŞ Prezidenti həmçinin qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin İran və İsrail arasında vasitəçi olmaq qərarına gəlsə, ona “açıq” olacaq .

"O, hazırdır. Bu barədə mənə zəng etdi. Bu barədə uzun söhbətimiz oldu", - siyasətçi əlavə edib.

Chosen
45
publika.az

1Sources