Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.
İsrail Müdafiə Qüvvələrinin (İDF) məlumatına görə, İsrail aviasiyası İranın şərqində yerləşən Məşhəd şəhərindəki beynəlxalq hava limanında yerləşən yanacaq tanker təyyarəsinə zərbə endirib.
KONKRET.az xəbər verir ki, Məşhəd İsraildən təxminən 2300 kilometr məsafədə yerləşir və bu, mediada yayılan məlumatlara görə, bu günə qədər İran ərazisinə endirilmiş ən uzaq mənzilli İsrail hücumu hesab olunur.
Hücum nəticəsində təyyarənin tamamilə sıradan çıxdığı bildirilir. Hadisə ilə bağlı İran tərəfi hələlik rəsmi açıqlama yaymayıb.
Natiq Səlim,
KONKRET.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.