EN

Roma Papası dünyada sülh üçün çağırış edib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Vatikan, 15 iyun, AZƏRTAC

Gəlin, Yaxın Şərqdə, Ukraynada və bütün dünyada sülh üçün dua edək.

AZƏRTAC xəbər verir ki, bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ənənəvi “Angelus” duası zamanı deyib.

Müqəddəs Pyotr meydanına toplaşan minlərlə insan qarşısında çıxışında Papa Leo beynəlxalq ictimaiyyətdən döyüşlərin dayanması, mülki insanların qorunması, sülh naminə dialoqa başlanması və ciddi humanitar böhrandan zərər çəkmiş əhaliyə zəruri yardımların göstərilməsi üçün səyləri əsirgəməməyi xahiş edib. Bildirib ki, dünyada davamlı sülhün təmin olunması yollarına böyük ehtiyac var.

Roma Papası, həmçinin Myanmada sülh üçün inklüziv dialoqa çağırıb, Nigeriyada zorakılıq qurbanları və Sudanda partlayış nəticəsində öldürülən kilsə keşişi ilə bağlı başsağlığı verib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
23
3
azertag.az

4Sources