EN

Qardaş Azərbaycanla birlikdə gələcəyə doğru əzmlə addımlayacağımıza ürəkdən inanırıq



"Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində Qardaş Azərbaycanla birlikdə həqiqətləri dünyaya duyurmaq üçün gələcəyə doğru əzmlə addımlayacağımıza ürəkdən inanırıq".

Newscenter.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun Milli Qurtuluş Günü ilə bağlı "X" hesabında etdiyi paylaşımında yazıb.

"Sevimli Azərbaycanımızı Milli Qurtuluş Günü və Türkiyə-Azərbaycan münasibətlərini müttəfiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsinin imzalanmasının dördüncü ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu xoş gün münasibətilə azərbaycanlı qardaşlarıma ən səmimi ehtiramımı, salamlarımı və məhəbbətimi bildirirəm",-deyə Altun bildirib.

Süleyman
Chosen
14
3
newscenter.az

7Sources