EN

Zaqatalanın bir sıra kəndlərinə dolu yağdı - FOTO

Şimal-Qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir. Günün ikinci yarsından başlayaraq Zaqatalanın bır sıra kəndlərinə dolu yağıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, dolu ilə müşayiət olunan leysan yağışları əsasən Zaqatalanın Qanıx çayı vadisindəki Qandax, Faldarlı, Muğanlı və Dağlı kəndlərində müşahidə edilib.

Adıçəkilən kəndlərə 15-20 dəqiqə ərzində yağan leysan və dolu əsasən təsərrüfatlara – bostan-tərəvəzə, meyvə ağaclarına və əkin sahələrinə ciddi ziyan vurub.

Leysan və dolu yağması dayansa da, rayonda qeyri-sabit hava şəraiti müşahidə edilir.




Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Chosen
12
bizim.media

1Sources