EN

Zaqatalada kəndlərə DOLU YAĞDI

Ajans.az  xəbər verir ki, son iki gündür ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Bu gün axşam saat 17 radələrində bölgənin Zaqatala rayonunun Qanıx çayı vadisindəki Qandax, Faldarlı, Muğanlı və Dağlı kəndlərində hava şəraiti kəskin dəyişib. Ərziyə qısamüddətli leysan və dolu yağıb. Kənd sakinlərinin verdiyi məlumata görə, sözügedən kəndlərin ərazisinə 10 dəqiqə ərzində fındıqdan iri dolu yağıb. Bəzi ərazilərdə dolunun iriliyi daha böyük olub. Sakinlərin verdiyi məlumata görə, dolu meyvə ağaclarına, əkin sahələrinə və tərəvəz-bostana ziyanlıq verib.

Zaqatala rayonu ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Chosen
16
8
Ajans.az

9Sources