EN

Trampdan İsrail-İran açıqlaması: Danışıqlar gedir, tezliklə sülh sazişi bağlanacaq

ABŞ Prezdienti Donald Tramp İsrail-İran müharibəsi ilə bağlı yeni açıqlama verib.

Teleqraf xəbər verir ki, Donald Tramp "Truth" sosial platformasında belə yazıb: "İsrail və İran arasında tezliklə sülh olacaq. Hazırda çoxsaylı danışıqlar və görüşlər gedir".

Donald Tramp Hindistanla Pakistan, Serbiya ilə Kosova, Misirlə Efiopiya arasında sülh münasibətlərini misal gətirib:

"Mən çox şey edirəm və heç bir şey üçün tərif ummiram. Amma bu, yaxşıdır, insanlar başa düşürlər. Gəlin Yaxın Şərqi yenidən möhtəşəm edək!"
Chosen
13
2
sherg.az

3Sources