EN

Naxçıvanda mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb

Naxçıvanda mikroavtobusun aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə Naxçıvan-Batabat magistral yolunun Şahbuz rayonu Kolanı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 67-BF-243 dövlət nömrə nişanlı "Mercedes" markalı mikroavtobus idarəetməni itirib. Yoldan çıxaraq dərəyə aşan mikroavtobusda olan sərnişinlərdən 4 nəfəri xəsarət alıb.Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır.

Chosen
42
22
sia.az

10Sources