EN

Azərbaycan İran və İsrail arasında vasitəçilik edəcək yeganə ölkədir

Newscenter.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"İran və İsrail arasında vasitəçilik edəcək ölkə Azərbaycandır. Azərbaycanın hazırda həm İsrail, həm də İranla normal münasibəti var".Newscenter.az xəbər verir ki, bunları politoloq Zeynal Əmrəliyev deyib. O bildirib ki, bundan əvvəl də Bakı İsrail və Türkiyə arasında vasitəçilik edib:"Ölkəmiz hazırda İranda əsas humanitar missiyanı həyata keçirən dövlətdir. Xarici vətəndaşlar məhz Azərbaycan tərəfindən İrandan çıxarılaraq ölkəsinə göndərilir, həmçinin ölkəmiz bu məsələdə birtərəfli statusa malikdir. Prezident İlham Əliyevin böyük diplomatik bacarığı regionu bu təhlükədən xilas edə bilər. Müharibənin dayandırılması üçün tək güvəndiyim ölkə Azərbaycan, tək lider İlham Əliyevdir".Anar Əliyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
14
1
newscenter.az

2Sources