"Fənərbağça" klubu "Əl-Nəsr"in hücumçusu Con Duranla maraqlanır.

Offsideplus.az xəbər verir ki, Səudiyyə Ərəbistan klubu kolumbiyalı futbolçunu heyətdə düşünmür. "Sarı-lacıvərdlilər" onu icarəyə götürmək üçün rəsmi təklifini göndərib.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Duran bu ilin yanvarında 77 milyon avroya "Aston Villa"dan "Əl-Nəsr"ə transfer olunub. O, burada 13 matçda 8 qol vurmağı bacarıb.