EN

Qranit Caka Almaniyanı İtaliyaya dəyişməyə qərar verdi

Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Bayer Leverkuzen"in yarımmüdafiəçisi Qranit Caka karyerasını İtaliya  Seriyasında davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, "Milan" onunla ciddi maraqlanır. 

Tanınmış insayder Florian Plettenberq bu məlumatı sosial şəbəkə hesabı üzərindən izləyiciləri ilə paylaşıb. Mənbənin məlumatına görə, həftəsonu tərəflər arasında yeni danışıqlar aparılıb. Hələ konkret razılıq olmasa da, tərəflərin ortaq məxrəcə gələcəyi gözlənilir. 

Caka bu mövsüm bütün turnirlərdə 49 matçda iştirak edib, 2 qol vurub və 7 məhsuldar ötürmə edib. 

İsveçrəli futbolçunun "Bayer"lə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir. 

"Transfermarkt" futbolçunun dəyərini 12 milyon avro qiymətləndirir.

Mirağa

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
29
fanat.az

1Sources