"Anadolu Efes" basketbol klubu baş məşqçisi Luka Banki ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klub rəsmi saytından məlumat yayıb.

Banki bu ilin yanvarından İstanbul təmsilçisini çalışdırırdı. Onun yerinə İqor Kokoşkovun gətiriləcəyi gözlənilir.

Qeyd edək ki, "Anadolu Efes" dünən "Beşiktaş"a məğlub olaraq (ümumi hesab 2-3) Türkiyə Super Liqasında mübarizəni yarımfinalda dayandırıb.