EN

"Sabah"dan Berezutskinin gedişi ilə bağlı açıqlama

style='margin-bottom:10px;'>

"Sabah"ın icraçı direkotru Ramin Həsənov baş məşçi Vasili Berezutskinin komandadana yrılması haqda danışıb.

QOL.az xəbər verir ki, o, "Matç TV"yə açıqlamasında bildirib ki, rusiyalı mütəxəssiisi komandadan saxlamaq istəsələr də, o, ailə vəziyyətinə görə getməli olub:

"Berezutskinin qərarı bizim üçün təəccüblü olmadı. Bu, planşdırılmış qərar idi və ailə vəziyyəti ilə bağlı durumla şərtlənirdi. Biz Sona qədər ümid edirdik ki, vəziyyət əməkdaşlığımızın davam etdirilməsinə imkan verəcək. Lakin biz Berezutskinin yekun qərarına hörmətlə yanaşırıq. Vasili kluba ilk titulu qazandırdı. 

Nikbin notlarla ayrıldıq. İstisna etmirik ki, gələcəkdə əlverişli şəraitdə Vasili Berezutski yenidən komandamıza rəhbərlik edə bilər”.

Xatırladaq ki, Vasili Berezutski "Sabah"a ötən ilin noyabrında təyin olunmuşdu. O, başa çatan mövsümdə kluba tarixində ilk titulunu - Azərbaycan kubokunu qazandırmışdı. 

Chosen
29
10
teleqraf.com

10Sources