EN

AFFA-da klub nümayəndələri ilə görüş keçirildi

AFFA-nın Yarışların Təşkili Departamentinin əməkdaşları ilə akademiyalar, təhsil məktəbləri və idman məktəblərinin komandalarının nümayəndələri və koordinatorları arasında görüş keçirilib.

Yenisabah.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, qurumun inzibati binasında baş tutan toplantıda liqalarda başa çatmaqda olan mövsüm və 2025/2026 mövsümünə dair fikir mübadiləsi aparılıb, təkliflər müzakirə olunub.

Klublar tərəfindən təqdim olunan təkliflərin nəzərdən keçiriləcəyi, məqsədəuyğun hesab edilənlərin növbəti mövsüm tətbiqi məsələsinə baxılacağı bildirilib.


Telegram kanalımız
Chosen
42
15
yenisabah.az

10Sources