EN

İranda iki "Mossad" agenti SAXLANILDI

Ajans.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. “Əlborz əyaləti polisinin kəşfiyyat bölməsinin işi sayəsində Savoybolaqda bomba, partlayıcı maddələr və elektron avadanlıqların yaradılması ilə məşğul olan “Mossad” qrupunun iki üzvü saxlanılıb”, - məlumatda bildirilib.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu “Yüksələn Aslan” adlı genişmiqyaslı əməliyyata başlayıb. Bu əməliyyat çərçivəsində Hərbi Hava Qüvvələri hərbi obyektlərə və İranın nüvə proqramının obyektlərinə zərbələr endirir.

Chosen
19
19
Ajans.az

10Sources