EN

Cənubi Koreya Ukraynaya yeni yardım hazırlamır

ain.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.

Cənubi Koreyanın yeni hakimiyyət orqanları Ukrayna tərəfinə yeni yardım göstərməyə hazırlaşmır.

Bu barədə Yonhap məlumat yayıb.

Cənubi Koreya administrasiyasının rəsmisi “İndiyə qədər verdiyimiz və söz verdiyimiz yardım davam edəcək. Hazırda planlaşdırma mərhələsində yeni yardım yoxdur” dedi.

Bir müddət əvvəl Hankuk Xarici Tədqiqatlar Universitetinin Rusşünaslıq kafedrasının müdiri, professor Jae Sung-hoon demişdi ki, Cənubi Koreyanın yeni hakimiyyət orqanları Rusiya ilə münasibətlərdə öz siyasətlərini dəyişə bilərlər.

Cənubi Koreyada keçirilən prezident seçkilərində Demokratlar Partiyasının namizədi Li Jae-Myunq səslərin 100%-i hesablanaraq qalib gəlib.

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
53
dogru.az

1Sources