EN

İranda Mossad-a bağlı terrorçular saxlanıldı

BAKI, 15 iyun. TELEQRAF

İranda İsrailin Mossad kəşfiyyat xidmətinə aid terror qruplaşmasının iki üzvü həbs edilib.

Teleqraf xəbər verir ki, bu barədə İran Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Əlborz əyaləti polisinin Kəşfiyyat İdarəsinin əməkdaşları Saucbolağ şəhərində fəaliyyət göstərən terror qrupuna aid bir evə basqın ediblər. Əməliyyat zamanı həmin evdə bomba, partlayıcı maddələr, partlayıcı tələlər və elektron avadanlıqlar hazırlayan iki nəfər yaxalanıb.

Bu həbslər, İran təhlükəsizlik qüvvələrinin Mossadın ölkə daxilindəki fəaliyyətlərinin qarşısını almaq istiqamətində apardığı mübarizənin mühüm bir hissəsi kimi qiymətləndirilir.

Hadisənin təfərrüatları barədə məlumat verilməyib.

Chosen
20
teleqraf.com

1Sources