Demokrat.az xəbər verir ki, bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin xəbərdarlıq yayıb:
- Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Xəlilov Teyyub Məmməd oğlunun idarə etdiyi “Hyundai SantaFe” markalı, 10-TK-527 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən sürücü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
İlkin ehtimala görə, hadisəyə səbəb yüksək sürət olub.
Qəza nəticəsində avtomobildə olan azyaşlı sərnişin – sürücünün oğlu, 2022-ci il təvəllüdlü Xəlilov Fəhad Teyyub oğlu hadisə yerində həyatını itirib. Digər sərnişinlər – 1962-ci il təvəllüdlü Abdullayeva Sevinc və 1988-ci il təvəllüdlü Abdullayeva Şəbnəm müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Bu faciə bir daha göstərir ki, sürət sadəcə texniki göstərici deyil – həyatla ölüm arasındakı incə sərhəddir.
Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına bir daha xatırladır:
- Sürət həddini aşmayın;
- Yol və hava şəraitinə uyğun hərəkət edin;
- Sükan arxasındakı məsuliyyətsizlik təkcə sürücünün deyil, avtomobildəki hər kəsin həyatını riskə atır.
10Sources
-
demokrat.azDYP sürücülərə sürət həddini aşma ilə bağlı xəbərdarlıq edib ( 18262111)
-
adalet.azYol Polisindən sürücülərə XƏBƏRDARLIQ ( 18262087)
-
avtosfer.azYol polisindən sürücülərə XƏBƏRDARLIQ - Sürət həddini aşmayın ( 18261832)
-
konkret.azYol Polisindən sürücülərə XƏBƏRDARLIQ ( 18261814)
-
bakivaxti.azYol Polisindən sürücülərə XƏBƏRDARLIQ ( 18261700)
-
unikal.azYol Polisindən sürücülərə XƏBƏRDARLIQ ( 18261655)
-
unikal.azYol Polisindən sürücülərə XƏBƏRDARLIQ ( 18261646)
-
apa.azYol Polisi sürücülərə sürət həddini aşma ilə bağlı xəbərdarlıq edib ( 18261550)
-
nocomment.azAzərbaycanda 1 ildə 10 min tələbə qovuldu: Dəhşətli statistikanın şok səbəbləri ( 18068266)
-
cebheinfo.azNazir müavini: "Təhsil kreditlərindən faydalananların 62 faizi qızlardır" ( 18068131)