EN

Cənubi Parsa endirilən zərbə münaqişənin coğrafiyasının genişləndiyini göstərir - İran XİN

BAKI, TurkicWorld

İsrailin İranın Cənubi Pars təbii qaz yatağına xidmət edən obyektlərinə hücumu, münaqişənin coğrafiyasının genişləndiyini göstərir.

TurkicWorld xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Seyid Abbas Araqçi xarici diplomatlarla görüşü zamanı bildirib.

“Cənubi Parsa endirilən zərbə strateji bir səhvdir və bu, münaqişənin artıq İran sərhədlərindən kənara çıxdığını göstərir” - deyə, nazir qeyd edib.

O həmçinin bildirib ki, bu hücum bölgədə digər ölkələrin də müharibəyə cəlb olunması riskini artırır.

Xatırladaq ki, ötən gün İsrail Müdafiə Ordusunun Hərbi Hava Qüvvələri İranın cənubunda yerləşən və ölkənin ən böyük Cənubi Pars təbii qaz yatağına xidmət edən 14-cü fazaya zərbə endirib.

Məlumat üçün bildirək ki, Cənubi Pars yatağı, İranın enerji sektorunda strateji əhəmiyyətə malikdir və həm daxili istehlak, həm də ixracat baxımından əsas resurs mənbəyi hesab olunur.

Chosen
6
turkic.world

1Sources