EN

İndiki İran Talibandan əvvəlki Əfqanıstanı xatırladır – Ekspert

İsrailin İranın strateji obyektlərinə son hücumları İran xüsusi xidmət orqanlarındakı sistemli zəiflikləri üzə çıxarıb.

"Ölkə.az" xəbər verir ki, bu sözləri əfqan ekspert Cəmşid Amiri deyib.

Onun fikrincə, bu vəziyyət 2021-ci ilin avqustunda Kabilin süqutundan əvvəl Əfqanıstandakı vəziyyəti təəccüblü şəkildə xatırladır:

“İsrailin zərbələrinin dəqiqliyi İranın təhlükəsizlik sistemində dərin problemlərin olduğunu göstərir. Strateji məlumatların sızması, əks-kəşfiyyat tədbirlərinin səmərəsizliyi və elita daxilində parçalanma bu problemlərin əsas əlamətləridir”.

Ekspertin fikrincə, hər iki halda qarşı tərəf əsas obyektlərin yerləşməsi və yüksək rəhbərliyin hərəkətləri barədə fövqəladə dəqiqliklə məlumata malik olub.

“2021-ci ildə Taliban dövlət aparatındakı mənbələrindən demək olar ki, real vaxt rejimində informasiya alırdı. İsrailin hazırkı əməliyyatı isə İranda da oxşar informasiya sızma kanallarının mövcud olduğunu göstərir”, –politoloq vurğulayıb.

Amiriyə görə, ən böyük narahatlıq doğuran məsələ isə daxildəki parçalanma modelinin təkrarlanmasıdır:

“İran hakimiyyəti daxilində fikir ayrılıqları yaşanır, bu da qaçılmaz olaraq xüsusi xidmət orqanlarının fəaliyyətinə təsir edir. Hakim elita parçalandıqda, təhlükəsizlik sistemi zəifləyir”.(Axar.az)

Chosen
3
2
olke.az

3Sources