EN

“Çakır” qanadlı raketinin növbəti atış sınağı yerinə yetirilib

“Roketsan” şirkətinin inkişaf etdirdiyi “Çakır” qanadlı raketinin “Akıncı” pilotsuz uçuş aparatından (PUA) növbəti atış sınağı həyata keçirilib.

“Poliqon” “Roketsan”a istinadən xəbər verir ki, sınaq zamanı “Akıncı”dan atılan “Çakır” raketi su üstündəki sabit hədəfi uğurla məhv edib.

“Roketsan” şirkətinin hazırladığı “Çakır” quru, dəniz və hava platformalarından atıla bilən yeni nəsil qanadlı raketdir. Raket təyyarə və helikopterlərdən, pilotsuz uçuş aparatlarından, o cümlədən taktiki təkərli quru nəqliyyat vasitələri və suüstü platformalardan atıla bilər.

Müasir texnologiyaya əsaslanan və təsirli döyüş başlığına sahib “Çakır” qanadlı raketi istifadəçiyə quru və dəniz hədəflərinə qarşı əməliyyat baxımından geniş imkanlar verir. 150 kilometrdən artıq atış uzaqlığına və 270 kiloqram ağırlığa malik “Çakır” qanadlı raketinin əsasən suüstü hədəflərə, sahilə yaxın quru və suüstü hədəflərə, habelə strateji quru hədəflərinə, sahə hədəflərinə və mağaralara qarşı tətbiq edilməsi nəzərdə tutulub.

Türkiyənin “Kale Arge” şirkəti tərəfindən hazırlanan yerli və milli KTJ-1750 turboreaktiv mühərrikə sahib “Çakır” raketi dizaynının verdiyi çevikliyi sayəsində, missiya planlama əsnasında müəyyən edilmiş üçölçülü dönüş nöqtələri ilə bağlı tapşırıqları asanlıqla yerinə yetirə bilir. “Çakır”, hədəf üzərində vuruş nöqtəsi seçimi və unikal döyüş başlığı ilə hədəfləri yüksək dəqiqliklə məhv etmək qabiliyyətinə malikdir.

Təkmil ara mərhələ və terminal yönləndirmə sistemləri ilə “Çakır” hədəflərini bütün hava şəraitində yüksək dəqiqliklə vura bilir. Şəbəkəyə əsaslanan məlumat bağlantısı sayəsində raket hədəfə doğru irəliləyərkən istifadəçi seçiminə bağlı olaraq, hədəfi dəyişə və tapşırığı ləğv edə də bilir.

Chosen
22
poliqon.az

1Sources